Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2019

Hacı Taleni təhqir edən Niyaməddin Orduxanlı özü aciz və qorxaqdır

Qüdrət Həsənquliyevə, Niyaməddin Orduxanlıya yaltaq, GÖZƏGİRƏN deyəndə acıqlarına gəlir, bizi onları təhqir etməkdə ittiham edirlər. Halbuki biz onlara layiq olduqları sözləri çox mülayim bir formada, təhqir etmədən yazırıq. Yəni başqa nə deyəsən Qüdrət kimi adamlara. Əslində o, xalqı təhqir etmişdir. Çünki həm özünü seçkilərdə İlham Əliyevə alternativ bilir, müxalifət hesab edir, həm də debatlarda müxalifət liderinə hücum çəkir, İlham Əliyevi təbrik edir. Bu insan əslində xalqı təhqir edir, ələ salır, 40 min səslə (?!) namizədliyini qeydə aldırır, daha sonra çıxır hətta Mehriban Əliyeva, Vasif Talıbov kimi insanların vitse prezidentliyə layiq olduqlarını söyləyir. Bu cür mövqesiz, səmərəsiz, xalqı ələ salan, yaltaq insana nə ad verəsən?

Niyaməddin Orduxanlı da Qüdrət kimi bir insanı özünə rəhbər seçibsə deməli, o, ondan da aşağı səviyyəli bir insandır. Çünki rəhbər seçdiyin insanın səndən yuxarı olduğunu etiraf etdiyin üçün onu özünə rəhbər seçirsən.
Niyaməddin Orduxanlı yazır ki, İran mollalarının əlindən öpən Hacı Tale haqda yazanda bizə hücumlar edirlər. Hücum edənlər də güya iranlılardır. Əslində Hacı Talenin İranda yox Azərbaycanda nə qədər sevəni, moizələrindən bəhrələnən ardıcılı vardır. Sənə hücum etmək lazım gəlsəydi İrana nə ehtiyac vardır ki, elə onlar sənə hücum edərdi. Etməyiblər ki? Küçədə tutub üzüvə tüpürməyiblər ki? Niyə onda əl çəkmirsən Hacı Taledən, İrandan, İran mollasından. Özü də həyasız adam deyir ki, təhqirə əl atanlar acizlər və qorxaqlardır. Özü isə Hacı Taleni təhqir edir. Onu təhqir etməklə onu sevən bütün dindarları təhqir edir. Təhqir isə bundan ibarətdir. Deməli, hamıya məlumdur ki, "İran mollalarının əlini öpən" ifadəsi İran, şiə əleyhdarı birindən səsləndirilirsə yüz faiz təhqir etmək qəsdiylə edilir. Yoxsa öz-özlüyündə hansısa bir mollanın, özü də sıradan bir molla yox, bir ayətullahın əlindən öpmək adi bir şeydir, burada ayıb yoxdur. O, yaşda və elmdə, imanda ağsaqqaldır, şiə ruhanisidir, onun əlindən öpmək ayıb deyil. Amma sizin kimi, Qüdrət kimi Fövqəlnazirin ayağından öpmək, İranı pisləməklə İsrail səfirliyi qapısında zəncirlənmək şərəfsizlikdir. 

Şəxsən Niyaməddin Orduxanlının, onun satılmış liderinin mənəvi haqqı çatmır ki, Hacı Tale kimi oğullar haqda pis söz desin. Bilirsinizmi niyə? Çünki Qüdrət Həsənquliyev müxalifətçi idi. Hacı Tale də zülm hakimiyyətinə müxalifdir. Amma Qüdrəti ya "dubinka" sındırdı, ya da pul, vəzifə, deputatxanadakı təyinatla oturmaq. Hər iki halda adam artıq satılmış birisidir. Amma Hacı Tale nə pula, nə də vəzifəyə satılmadı. Allah izn verdikdə onu "dubinka" da sındıra bilmədi. Siz murdar ağzınıza Hacı Talenin adını nə haqla alırsınız?

Niyaməddin bilsin ki, əgər bir iranlı ayətullahın əlini öpmək İran agenti olmaqdırsa onda onun lideri olan Qüdrətin bir vaxtlar lideri və prezidenti olmuş Elçibəy özünü Mustafa Kamal Atatürkün əsgəri hesab edirdi. O zaman Elçibəy Türkiyə agenti idi? Mustafa Kamal Atatürk İran şahı Rza xan Türkiyəyə gələndə az qalırdı onun əlindən öpsün. İndi o, İran agentidir? Niyaməddin indi ağlınca "İran mollası" deməklə güya Ayətullah Nuri Həmədanini kiçiltməyə çalışır. Amma miskin anlamır ki, Nuri Həmədani kimi biri (İmam Xomeyni) Elçibəyin özünə komandan bildiyi Atatürkün önündə təvazökarlıq göstərdiyi Rza Xanın Pəhləvilər sülaləsini devirib. Çünki mövqelərində qətiyyətli olub zalımın önündə möhkəm dayanıblar. Sizin kimi satılmayıblar.


126 dəfə baxılıb
در حال ارسال اطلاعات...