Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2019

Müxalifət niyə prezidentin müsbət addımlarını təqdir etmir? Bəs prezident necə?

Trollar, yaltaqlar, GÖZƏGİRƏNLƏR demək istəyir ki, xalq və müxalifət 200 manat maaş alan müəllimin maaşının 10 manat qalxmasından ötrü təşəkkür etməlidirlər
YAP-çıların, iqtidarın "əldəqayırma" müxalifətinin həqiqi müxalifətə ünvanladığı bir sual vardır. Deyirlər ki, nə üçün müxalifət İlham Əliyevin atdığı müsbət addımları, islahatları qiymətləndirmir? Onların nəzərinə görə müxalifət ancaq İlham Əliyevi tənqid etməklə məşğuldur və bu, doğru deyildir. Onlar iddia edir ki, insan gərək düzə düz desin, əyriyə də əyri. Əlbəttə, açıq-aşkar ""insan gərək düzə düz desin, əyriyə də əyri" desin" deməsələr də "İlham Əliyevin müsbət addımlarına qiymət istəyən bu insanların sözündən belə çıxır ki, insan gərək əyriyə əyri desin, düzə də ki, düz desin.
Amma gələk görək həqiqətdə vəziyyət nə yerdədir? Doğrudan da bu insanların, başqa sözlə desək "cib müxalifətinin", "əldəqayırma", "gitayski" müxalifətin, yaxud YAP trollarının sözündə və ən əsas əməlində həqiqət vardırmı? 

Əvvəla, istərdik bu insanların nəzərinə çatdıraq ki, müxalifətçilərin İlham Əliyevin müsbət addımlarına qiymət verməməsi onunla bağlıdır ki, onlar bu işləri islahat hesab eləmir. Bu işlərin sadəcə İlham Əliyevin vəzifəsi olduğu qənaətindədirlər. Ola bilər ki, deyilsin ki, vəzifəsi olmuş olsa belə yaxşı işdirsə gərək təqdir edilsin. Eyniylə bir atanın uşağına etdiyi yaxşılıq kimi. Düzdür, atanın boynunda bu, bir borcdur. Bunu layiqincə yerinə yetirdiyi üçün də təqdiri haqq edir. Amma gəlin unutmayaq ki, Azərbaycan iqtidarı ölkəyə, dövlətə, xalqa, vətənə o qədər ziyan vurub, o qədər xəyanətlər edib ki, etdikləri xırda-para işlər də arada itib batır. Eyniylə balaca uşağını bütün günü döyən, söyən, hər şeydən məhrum edib ayda-ildə bir dəfə ona konfet alan ata kimi. 

Trollar, yaltaqlar, GÖZƏGİRƏNLƏR demək istəyir ki, xalq və müxalifət 200 manat maaş alan müəllimin maaşının 10 manat qalxmasından ötrü təşəkkür etməlidirlər. Niyə? Çünki o əvvəllər 210 manat maaş almırdı, indi isə alır. Bəli, öz-özlüyündə 200 manata baxanda 210 manat artım deməkdir. Amma nəzərə alanda ki, bu xalq neft ölkəsinin xalqıdır, normalda 1000 manata yaxın, bəlkə daha çox maaş almalıdır, o zaman nəinki təqdir etmir, üstəlik 200 dəfə lənət və söyüş yağdıracaqdır.
Ən əsas isə odur ki, siyasət meydanında siyasi rəqibin müsbət addımlarını təqdir etməmək adi qarşılanır. Demək olar ki, dünyada bu ənənə hər ölkədə mövcuddur. Elə İlham Əliyevin özü də bu axından kənarda qalmayıb. Diqqət etsəniz görərsiniz ki, hər dəfə Heydər Əliyevin barəsində danışarkən 92-ci ilin AXCP-Müsavat hökümətinin pis idarəçiliyindən danışır. Hər dəfə şablon sözləri təkrarlayıb deyir: AXCP-Müsavat höküməti ölkəni pis vəziyyətə qoydu. Tarixin zibilliklərinə gömüldü. Bir nəfər sərişdəli insan yox idi. Dövlət büdcəsi darmadağın idi. Torpaqları satdılar. Bir-biriylə yola getmirdilər və s. və i.a. Bircə dəfə görmüsünüzmü ki, AXCP-Müsavat höküməti haqda nəsə müsbət söz desin. Yəni, yoxdur, yoxdur, bir dənə müsbət işləri də bu adamların olmayıbmı? Hətta, İlham Əliyev atası Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsindən ötrü də o zamankı hakimiyyətin bu addımını müsbət qiymətləndirmir. Halbuki onu dəvət edib hakimiyyəti onunla bölüşmüş, ölkənin ikinci ən böyük postunu ona həvalə etmişdilər. Bunu da İlham Əliyev müsbət addım hesab etmirmi? Başqa bir məsələ bundan ibarətdir ki, İlham Əliyev bugünkü müxalifətdən danışanda da haqlarında müsbət heç nə demir. 

Dediklərimizlə qane olmayan trollara belə bir sual: Siz nə üçün hazırkı müxalifət olan Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, İlqar Məmmədov haqda bir müsbət fikir tapıb demirsiniz? Yəni bunların heç bir müsbət addımı yoxdurmu? Özünüz görmədiyiniz, özünüzə ar bildiyiniz işi nə üçün müxalifət liderlərindən tələb edirsiniz?


482 بازدید
در حال ارسال اطلاعات...