04 Oktyabr 2019

Erməni kilsəsinə “Allah rzası” üçün qaz verənlər əlilləri erməni rzası üçün döydürür?

Hacı Talenin illər əvvəlki dedikləri...

Tarixin ironiyasına baxın... Əslində təkcə tarix yox, bütün tarixi şəxsiyyətlər, təkcə ermənilər yox, bütün dünya, bəlkə hətta mücərrəd məxluqlar belə bizə gülməkdədir. Bir neçə gündür ki, gündəmdə erməni kilsələrinə “Allah rzası” üçün qaz verən ermənipərəstlərin ermənilərə güllə atan əlillərimizi erməniyə xatir döyən işçilərinin biabrçılıqları qalmaqdadır. Bəli, ermənilər də gülüb deyir ki, siz bizə güllə atdınız, bizim də ordakı soydaşlarımız sizi döydülər.

Bu günlərdə şərlənərək həbs edilən hacı Talenin həyat yoldaşına da cinayət işi açılmışdı. Ermənilərə cinayət işi açmağa hünərləri çatmayan insanlar öz soydaşlarına cinayət işi açıblar. Halbuki hacı Tale zalım hakimiyyətin və quldur məmurların ermənipərəstliyini ifşa etmək üçün bu işi görmüşdü.
Hacının SOCAR prezidenti Rövnəq barədə çıxışı var. Orada qeyd edir ki, bəlkə sizin o tayda qohumlarınız var. Doğrudan da onun dedikləri doğru çıxdı. Düzdür, zatən neftimizin üstündə yatanların xalqdan oğurlayan alçaqlar olduqlarını bilirdik. İndi isə daha çox müəyyən olur. Belə ki, SOCAR quldurları hətta İlham Əliyevin əlillər haqda dildə də olsa dediklərinə əhəmiyyət verməyərək onlardan rüşvət alıb ev tikməklərinə icazə vermək istəyiblər. Bununla da rüşvətə batmış başıbatmış bir hakimiyyətin növbəti rəzilliyi üzə çıxdı. Həm rüşvətxorluq edirlər, həm də əlilləri vəhşicəsinə döyürlər. Bunlardan yaxşı erməni tapmaq olarmı? Hacının dediyi kimi, Nardaran kəndi qazsız qalmışdı, amma onlar “Allah rzası” üçün erməni kilsələrinə qaz verirdilər. Azərbaycandakı ibadət ocaqlarında moizə edən ruhaniləri həbsə salırlar, dindarları pərakəndə edirlər, pis yola düşmələrinə, dindən uzaqlaşmalarına səbəb olurlar. Amma ermənilərə pulsuz qaz verib kilsəyə yığırlar. Hacı Tale əlilləri də unutmamışdı moizəsində. Demişdi ki, bu qədər əlillərə hörmətsizlik edib onlara qaz vermək olarmı? Bu günlərdə SOCARın prezidentinin bu cür rüsvayçılığını ifşa edən hacı Talenin ailəsinə də telefon bəhanəsiylə cinayət işi açıblar. Çünki əlilləri döyərkən jurnalisti vurub telefonunu əlindən alan SOCAR işçilərinin böyüyünü hacı ifşa etmişdi. Allah isə bir daha xatırladır, pak insanlara cinayət işi açmaqdansa napak insanların rüşvətxorluğunu görün, araşdırın. Bir daha qeyd edirik ki, əlillərin döyülməsi həm də SOCARın bir daha rüşvətxorluqla məşğul olmasını ifşa etmişdir. Çünki SOCARın olduğu iddia edilən ərazidə qanuni olaraq Bələdiyyə icazəsiylə ev tikmək istəyən vətəndaş deyir ki, ondan on min rüşvət istəyiblər. Bu isə başqa bir cinayətdən xəbər verir. Belə ki, əgər bir ölkənin ən varlı şirktəti, nefti dədəmalı hesab edən SOCAR əlildən qanuni iş gördüyü halda belə rüşvət alırsa deməli ölkədə nə əlilə hörmət var, nə Qarabağ sevgsi var. Üstəlik qanunsuzluq da baş alıb getməkdədir. İndi görün bu ölkənin kasıb şirkəti xalqı necə soyub rüşvət alacaqdır.


291 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP