29 Sentyabr 2019

Əli Həsənovun “çənəsi” etiraf edir ki, 2003-də xain idi, indi həm xaindir həm GÖZƏGİRƏN

Rauf Arifoğlunun saytda bir müsahibəsi gedib. Adam hər fürsətdə İlham Əliyevin GÖZÜNƏ GİRMƏYİ özünə şərəf hesab edir. Dediklərinin qısası budur ki, 2003-cü ildə İlham Əliyevə qarşı çevriliş hazırlamaq istəyiblər. Rusiya güya İlham Əliyevi kənara atıb iki illik koalisyon hökümət quracaqdı. Daha sonra Abbas Abbasov prezident olacaqdı. Əli Həsənovun “çənəsi” olan bu insan başını o qədər itirib ki, yadından çıxarıb ki, Əliyevlər onsuz da indi də xalqın nəzərində Rusiyanın qulbeçəsi kimi tanınır. Güya Rusiya bu dəqiqə istəsə Əliyevlərin dövrünü qapada bilməz? Özü də deyir ki, ruslar Abbas Abbasovun əliylə Qarabağda ikinci erməni dövləti quracaqdılar. Adam Rusiyanı pis təqdim etməklə o dövlətin haqqında danışır ki, İlham Əliyev həmin dövlətin kölgəsinə sığınmışdı və həmin dövlətin hazırda qulbeçəsi rolunu oynamaqdadır.

Təbii ki, bunlardan keçirik. Əli Həsənovun “çənəsinin” özünü rüsvay etdiyi məqam indi yazacağımız cümlələrdə daha çox özünü göstərir. Əvvəlcə sərsəmləmələrinə diqqət edin: “Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər. Elə mübahisələrimiz də bu məqamlarda doğurdu. Biz deyirdik, axı, bu açıq-aşkar vətənə xəyanət layihəsidir.” Əlbəttə “hamımız” deməklə demək istəyib ki, mən də o vaxtlar “xod gedən” müxalifət liderlərindən idim. Amma hamı bilir ki, indi Əli Həsənovun “çənəsi” olan bu insan o vaxtlar İsa Qəmbərin kölgəsində göründüyü üçün hörmətə zada minmişdi. Bir yandan da “mübahisəmiz” deməklə istəyir desin ki, müxalifət liderləri xəyanətkardırlar, amma mən onlarla mübahisə edib deyirdim ki, bu, vətənə xəyanətdir. Bizim üçün isə yüz faiz bəllidir ki, əgər bu iş onun dediyi kimi xəyanət idisə xəyanətkarların biri də elə özüdür. Çünki “You Tube” kanalında yerləşdirilən bir videoda (videonun adı “Rauf Arifoğlu 2005-2015”) onun 2005-ci ildə İlham Əliyevin əleyhinə danışdığı fraqmentlərlə 2015-dəki GÖZƏGİRƏNLİKLƏRİ yaxşıca montaj edilib və iç üzü indi nəsillərə təqdim edilib. Məsələ burasındadır ki, o 2005-ci ildə, yəni 2003-dən iki il sonra efirdə çıxış edib deyir ki, Allah şahiddir ki, mən sizin (Əliyevin) prezident olmamağınız üçün əlimdən gələni etdim. Burada əziz oxucunun zehninə gələn sual budur ki, əgər sən 2003-də İlham Əliyev əleyhinə olan planı Rusiyanın ermənipərəst planı və xəyanət hesab edirdinsə deməli İlham Əliyevi vətənpərvər hesab etməli idin. Necə ki, sonra müsahibəndə Əliyevin müxalifətdən daha çox vətənpərvər olduğunu deyirsən. Belə olan halda bəs nə üçün “vətənpərvər” əleyhinə danışırdın. Ola bilər indi qələt edib başını daşa döyüb səhv mövqedə olduğunu deməklə xalqın gözündən pərdə asmağa çalışsın. Amma yenə də dediklərinə inanmaq olmur. Çünki o vaxtlar xain olan bir insanın indi xain və yalançı olmadığını hardan bilək. Əksinə, Əli Həsənovun “çənəsi” olan bu insanın heç olmasa o vaxtlar xain olduğunu yəqin etmişiksə indi həm xaindir, həm də GÖZƏGİRƏN. Bu günlərdə isə daha çox xain olduğu daha çox bəllidir. Çünki o zamanlar onun xəyanəti Əliyevlə müxalif olanda idisə indi Əliyevin yanındakı quyruq bulayanların quyruqbulayanı olduğu üçün daha çox Əli Həsənovdan pul alıb xəyanət edir.

Biz isə bu xainin bu cür rüsvayçılıqlarını xalqa sırımağa imkan verməz, mümkün qədər xəyanətini ifşa etməyə hazırıq. Qoy xalq bu cür insanların xainliyini görüb ikinci dəfə aldanmasın.
2005-ci ildə rəzil insan Allahı şahid gətirirdi, bəlkə də elə xəyanətkarın Allahdan bir cəzasıdır ki, bu gün xalq onu yaltaq, xain, satqın adam kimi məhkum edir.





181 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP