25 Sentyabr 2019

Hadı Rəcəbli, sənin səni tənqid edənləri tanımağın sənin və partiyanın rədd olub getməsiylə olacaq

Hadı Rəcəbli, meşədəki ağaclardan belə yaşda böyük olan bu tip, xalqın fotosunu görən kimi lənət yağdırdığı, imkan ələ düşən kimi üzünə tüpürdüyü, gic-gic xalqa “nəsihətlər” verən, xalqda qıcıq yaradan bu insan Çinə səfər edib, orada çaxırları reklam edib. Ordan da böyük ehtimalla deyiblər ki, “kül sizin başınıza, siz kommunistdən də betər kafirsiniz ki?”

Adam onu və onun kimi yaramaz hakimiyyət nümayəndələrini tənqid edənləri dövləti və dövlətin uğurlarını gözü götürməməkdə ittiham edib. Əvvəla, gözəl bilir ki, “trol” dediyi insanlar əslində xalqın nümayəndələridir. Xalq bu hakimiyyəti, onun yaramaz siyasətini bəyənmir, məhkum edir, rədd olub getməsini arzu edir. Təsəvvür edin ki, bu cür qarın adamlarının, harınlamış, ailə biznesi qurmuş yaramaz insanların işi gücü kafir kimi oturub “rumka” toqquşdurmaqdır. Bundan qabaq bunun kimi Abel Məhərrəmov da İspaniyaya getmiş, təyyarədə yazılanlara görə çaxır yükləyib aparmışdılar. Bunların xarici səfərləri bu cür düşüncədən ibarətdir. Əlbəttə onu deyək ki, bu cür trolların, onları tənqid edənləri dövlət düşməni adlandıranların həyatda bir tək amalı budur ki, rüşvətə batmış hakimiyyətdə rüşvət verib ailə biznesi yaratsın, uşaqpullarını mənimsəyib, haram pulla piylənsinlər, buna görə də onları “pivə boçkasına” döndərən Əliyevlər hakimiyyətinin GöZÜNƏ GİRSİNLƏR.

Biz isə bu cür rəzil insanların çərənləmələrindən dərhal sonra yazıb bildirmişik ki, onları tənqid edənlər dövlətin süqutunu istəyən insanlar deyil. Hadı kimi insanların köhnə xasiyyəti və çirkin siyasətidir ki, onları tənqid edən, rədd olub getməsini, tarixin zibilliklərini gömülməsini istəyənlər bu xalqın balalarıdır və onlar heç də dövlətin aradan getməsini istəmirlər. Bunu anlamaq çox asan olsa da görünür Hadı kimi haramdan beyni piy bağlayanların dərrakəsi bunu dərk etməyə acizdir. Biz isə deyək, qoy Hadı Rəcəbli bilsin. Xaricdə bunları tənqid edən müxalifət heç vaxt dövlətin aradan getməsini istəməzlər. Onların tək istədiyi xalqın istəyi kimi zalım, yaramaz, oğru, vicdansız bir hakimiyyətin cəhənnəm olub getməsidir. Bunun sübutu üçün bircə bu bəs edər ki, dövlətdə 25 il yox, hətta 50 ildə kök atıb qalan alçaq bir hakimiyyət dövlət demək deyil. Başqa hakimiyyət gəlib həmin dövlətdə başqa bir hakimiyyət olacaq və dövlət yenə də dövlət olaraq qalacaqdır. Dövlətin məhvini istəyən hazırda Rəcəblidir ki, Azərbaycanı işğal edən sovetlərə nökərçilik edənlərin partiyasında təmsil olunur. Xaricdə bunları tənqid edənlər isə dəli deyil ki, “biz Azərbaycan dövlətinin məhv olmaısnı arzu edirik” deməklə özlərini biabır etsinlər. Bir də ki, Rəcəblini söyənlər məgər hamısı xaricdə oturub “You Tube”yə video çəkib qoyur. Onların 70 faizi elə Azərbaycanda Rəcəblini söyür.

Rəcəbli isə deyir ki, mən səni tanımıram, sən məni söyürsən, gəl üzbəüz oturub danışaq. Bəlkə mən heç sən fikirləşdiyin kimi deyiləm. Əslində düz deyir, o, xalqın fikirləşdiyindən də alçaq və rəzil insandır. Çünki gözəl bilir ki, Azərbaycanda haqqı deyənlər həbs edildiyi kimi xaricdə Rəcəblinin üzünə tüpürənlər də Azərbaycanda gəlib onun əleyhinə danışsa həbs ediləcək. Elə biri Mehman Hüseynov. Adamın rüsvay etdiyi, biznesini üzə çıxartdığı insanlardan biri də Rəcəblidir. Elə buna görə həbs edildi. Rəcəbliyə başa salırıq ki, sənin səni tənqid edənləri tanımağın sizin rədd olub getməyinizlə baş tutacaq. O zaman xalqın dövlətin deyil, sizin kimi yaramazların getməsi üçün çalışdıqlarını görəcəksiniz.


185 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP