18 Sentyabr 2019

Əli Həsənov, hazırda bir İslam ordusuna ehtiyac var ki, gəlib Azərbaycanı erməni məmurlardan təmizləsin

İlham Əliyevin köməkçisi Əli Həsənov Bakının qurtuluş günü münasibətilə Nuru Paşanın “Qafqaz İslam ordusunun” Bakı erməni bolşeviklərindən təmizləməsi barədə məqalə yazıb.

Əvvəla deyim ki, Əli Həsənov, Ramiz Mehdiyev, Əli Əhmədov kimi insanlar bu cür məqalələr yazanda, elmi araşdırma aparanda bu, bəzi insanlarda ikrah hissi doğurur. Buna da bu insanların özləri rəvac veriblər. Həmçinin bu cür insanların dindən danışmaları, məsələn, Mübariz Qurbanlının namaz haqqında sərsəmləmələri, Siyavuş Novruzovun Aşurada qanverməsi insanlarda daha çox ikrah hissi yaradır. Ona görə ki, dindarın siyasətə qarışmasını pisləyən, ziyalının siyasətə qoşulacağı təqdirdə çirkaba batacağını deyən bunlardır. Çünki ölkədə dindarlar (ruhanilər və sıravi dindarlar) və ziyalılar (məsələn, Milli Şura və Ziyalılar Birliyi) hakimiyyətdən narazıdır. Bunlar da camaatda belə bir fikir formalaşdırırlar ki, dindar gedib namazını qılsın, ziyalı da ancaq oturub kitab yazmalıdır. Onların siyasətdə nə işi. Çünki siyasət Mübariz, Əli Əhmədov, Əli Həsənov, Siyavuş Novruzov kimi qanundan, dindən xəbərsiz insanların çirkin əllərində çirkaba batdıqca batmalıdır. O qədər batmalıdır ki, adları çəkilən ünsürlər də bu bataqlıqda gömülüb getməlidir. Buna görə də bu cür çirkin siyasət əhlinin pak dindən danışması, məqalə yazıb elmi araşdırma aparması ikrah doğurur.

Bu məsələyə onu da əlavə edək ki, Əli Həsənovun təriflədiyi ordu “Qafqaz İslam ordusudur.” Azərbaycanda isə İslamı yəni dini dövlətə yaxın buraxmırlar. Bu ordu isə o zamanlar (1928) qanunları şəriət qanunları hesab olunan Osmanlı tərəfindən göndərilib. Bəs İslam belə hümanist, qardaşa, dosta belə qiymət verib məzlumun köməyinə çatırsa nə üçün İslamı bu qədər qadağan edirsiniz, dindarlara ölkəni dar etməyə çalışır, xaricdə dini təhsil alanlara “agent” damğası vurursunuz?

İkinci qeyd etmək istədiyimiz məsələ budur ki, Əli Həsənov deyir ki, Qafqaz İslam ordusu Bakıya gəlib və Bakını erməni bolşeviklərindən təmizləyib. Daha sonra deyir ki, onların şərəfinə “Şəhidlər Xiyabanında” Heydər Əliyevin təşəbbüsüylə abidə ucaldılıb. ELə üstündə dayanmaq istədiyimiz məsələ budur. Əli Həsənov Nuru Paşa və Qafqaz İslam Ordusunun vasitəsiylə bir daha ələ fürsət düşmüşkən Heydər və İlham Əliyevə yaltaqlanmaqla məşğuldur. Əslində isə bu çirkin siyasətin çirkab simaları nə İslamı, nə Bakını, nə Qafqa İslam Ordusunu düşünən insanlar deyillər. Çünki belə olsaydı Qafqaz İslam Ordusu şərəfinə abidə ucaltdıqları halda bu ordunun müdafiyə etdiyi Azərbaycan hökümətinin başçısı Məhəmmədəmin Rəsulzadəyə də bir abidə qoyardılar. Bunu isə etmirlər, çünki qorxurlar ki, Heydər Əliyevin ruhu inciyər. Heydər Əliyev mövzusunun üstündən isə Əli Həsənov ötüb keçir, 1928-ci ildən birbaşa Heydər Əliyevin ikinci dəfə prezident seçildiyi dövrlərə “hoppanır.” Nə etməliydi ki? Deməliydi ki, Qafqaz İslam Ordusu Bakını, Azərbaycan Xalq Cumhuriyyətini erməni bolşeviklərindən azad etdi, daha sonra bolşeviklər – erməni-rus qarışıq- gəlib dövlətimizi işğal etdilər? Deməliydi ki, Heydər Əliyev də bu işğalçı siyasətə dəstək verib, işğalçıların yüksək rütbələrinə qədər ucaldı və lazım gələndə Müsavata düşmən, xalqa qənim kəsilən, dövlətimizi süquta uğradan erməni Stepan Şamyan haqqında bəytərifləri yağdırdı? Bunların çirkin siyasətləri budur. Ayıya dayı deyirlər ki, təki ayılar bunları udmasın.

Bakı isə hal-hazırda heç də qurtulmayıb. Azərbaycanın "qurtuluş günü” isə Heydər Əliyevin gəlişiylə baş tutmayıb. Əksinə, Azərbaycan cəllad, quldur, xalqın qanını içən oğru, talançı və xəyanətkar məmur ordusunun əlinə düşüb. Bu günü xalqa “qurtuluş günü” kimi dürtmək istəyiblər, amma alınmayıb. Çünki Azərbaycana bəla elə Heydər Əliyev ayağını bu pak torpaqlara qoymaqla gəldi. İndi növbəti bir İslam ordusuna ehtiyac vardır ki, gəlib Azərbaycanı erməni-bolşevik yapçılardan, deputatlardan, məmurlardan təmizləsin.


187 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP