21 Aprel 2019

Bizdə niyə naziri təpiyin altına salmaq mədəniyyəti yoxdur?

İndi aydın olur ki, nə üçün yüksək rütbəli vəzifəlilərimiz camaatın içinə çıxmır
Şəhidin cənazə mərasimində Türkiyə müxalifət liderinə, CHP başqanı Kamal Kılıçdaroğluna hücum edilib. Bir neçə nahiyədən kişiyə zərbələr endirməyə çalışıblar. Amma qorumalar (mühafizə xidməti) buna mane olub.
Əlbəttə ki, bir şəhidin cənazə mərasimində belə bir halın müşahidə edilməsi ürəkaçan deyil. Xüsusən də Türkiyə kimi bir ölkədə. Bu ölkədə əsgərə böyük qiymət verilir. Təkcə camaat dirisinin deyil, ölüsünün də başına dolanır. Üstəlik dövlətin yüksək post sahibləri başda prezident olmaqla gəlib cənazə namazlarında iştirak edirlər. 

Amma bütün bunlara baxmayaraq beyni qızmış insanlar şəhidin ruhundan üzür istəyib fürsət varkən vurmaq, didmək, öldürmək istədikləri adama asanlıqla hücum edə bilirlər.
Yəqin ki, çoxlarınızın zehninə belə bir sual gəlir ki, nə üçün bizdə belə hallar olmur. Yazının başlığını oxuyanda ilk baxışında adam düşünür ki, məgər kimisə təpiyin altına salmaq mədəniyyətdir? Əslində demək istəyirik ki, bizim kimi ölkələrdə nazirlər, məmurlar vətəndaşlar tərəfindən təpik altına salınarsa bu onlar üçün bəlkə də xoşbəxtlikdir. Çünki bizim bir çox məmurları, nazirləri camaat hətta qılıncla öldürməyi belə gözə alıb. Misal üçün Gəncənin keçmiş, rəzil, alçaq başçısı gündüz – günorta vaxtı başından güllələnməsini qeyd edə bilərik. Onları xalqa tapşırsanız qanlarını içərlər. Təəssüf ki, xalqın arxasında duran bir insan yoxdur, məmurlar da regionlarda, elə Bakının özündə də meydan sulayırlar. Deməli, belə məlum oldu ki, bizdə qılınclanmağa layiq olan məmurlar, nazirlər təpik altına salınarsa deməli onları təpikləyənlər həqiqətən də yüksək mədəniyyət sahibidirlər. 

İndi aydın olur ki, nə üçün yüksək rütbəli vəzifəlilərimiz camaatın içinə çıxmır. Məsələn hədələnməsi səbəbiylə vermək istədiyi üç milyon pulu 44 ilin əməyi nəticəsində topladığını deyən KVNÇİ, YERALAŞÇI, MOZALANÇI metro Tağı camaatın əlinə düşsəydi görün onu nə edərdilər. Cəmdəyini 3 milyon yerə bölüb 44 məntəqəyə səpələyərdilər. Fazil Qəzənfəri, Zahid Orucu, Qüdrət Həsənquliyevi, Elşən Musayevi küçədə görən vətəndaş götürüb onu zibil yeşiklərinə atmazmı?
Təbii ki, belə bir halı heç kim arzulamır. Amma bu məsələdə xalqı təşviq edən amillər vardır.
Düzdür, bizdə nə şəhidin dirisinə (yəni ölməzdən əvvələ əsgərə) nə də onun ölüsünə, şəhidinə hörmət yoxdur. Hətta bir zamanlar əsgərlikdə ölən balalarımızdan ötrü etiraz edən insanları "əsgər ölümlərinə son" aksiyalarında sürüyüb aparır, həbs edirdilər. Bu vəziyyətdə uşağı əsgər göndərmək olarmı?

Əsgərdən əlavə Allahın namazına da hörmət qoyulmur. Siz təsəvvür edirsinizmi ki, cənazə namazında dövlət və hökümət başçısı, nazirlər, məmurlar gəlib namaz qılsınlar? Sonra da deyirlər ki, nə üçün filankəs camaat arasına çıxmır. İnanın ki, bir vaxt hansısa şəhidin cənazə namazında, yaxud dəfn mərasimində məsələn Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli iştirak etsəydi götürüb onu şəhidin məzarının yanında məzar qazıb diri-diri gömərdilər. (Yəni normalda bu cür olmalı idi. Amma bizdə xalqı o qədər qorxudublar, hədələyiblər ki, insanlar bu cür işlərdən özlərini uzaq tuturlar. Hə, bir də ki, bəzilərini yaltaqlığa, "matışka" kimi diş ağartmağa, gözə girməyə öyrədiblər) Çünki ora yığılan camaat Məhərrəmlinin yaramazlığı sayəsində məhz əsgər balaların şəhid olduğu, dəfn edildiyi günlərdə, həmçinin torpaqlarımızın işğal günlərində telekanalizasiyalar vur-çartlasınla məşğuldurlar. Bu alçaq vəziyyətə şərait yaradan insanla necə rəftar edilməlidir? Məhz buna görə də bizim gözükölgəli, alçaq məmurlarımız heç zaman xalqın içində, başqa sözlə desək adam arasına çıxmağa özlərində cürət tapmayıblar. Nə vaxtlarsa hansısa məktəbin açılışı münasibətiylə lent kəsməyə gedəndə də beş-on nəfər öyrədilmiş insan ora yığılır və ürək sözü olan vətəndaşları hadisə yerinin 500 metrliyinə də buraxmırlar. 

Odur ki, bizdə namaza, şəhidə, cənazə mərasiminə, müsəlman xalqa hörmət olmadığı sürətdə heç zaman ölkəmizi müdafiə edə bilməyəcək, torpaqlarımızı işğaldan azad edə bilməyəcəyik.


1369 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP