25 Fevral 2019

"Taleyi ilə oynayanların" əsəbləriylə "oynayan" Hadı Rəcəbli və ailə biznesi

Deputatın çirkli yollarla bu qədər biznesə sahib olmasını adi insanlar üzə çıxara bilməzdilər. O isə bu məsələni qurdalamaq istəmir ki, iş böyüməsin.
Hadı Rəcəbli hazırda nəvələriylə oynayacaq yaşdadır. Amma deputatxananın digər qoca qurd deputatlarıyla birlikdə videoları yayılır, bu videolarda bu qurdlar qadınlarla tans-mans oynayırlar. Şəxsi həyatları cəhənnəmə, bu insanlar əgər deputat seçilibsə bunlar xalqın vəziyyətiylə maraqlanmalıdır. Xüsusən də Azərbaycan xalqı bu gün elə vəziyyətdədir ki, bu xalqın deputatı olan insanların baş qaşımağa belə vaxtl olmamalıdır. O ki, qaldı tans oynamağa vaxtı belə olmamalıdır.

Deputat Hadı Rəcəbli deyə bilər ki, mən şəxsi həyatımda kiminlə oynayıram özüm bilərəm, sizə dəxli yoxdur. Bəli, bizə dəxli yoxdur. Onun kiminlə tans oynamasının bizə dəxli olmadığı qədər onun da kasıb təbəqənin əsəbləriylə oynamağa mənəvi haqqı yoxdur. Təsəvvür edin adam gündə bir qalmaqalla gündəmə gəlir. İşi-gücü ancaq xalqın heysiyyəti və əsəbləriylə oynamaqdır. İndi də deyib ki, ailədə iki nəfər iki ayrı yerdə işləsə bəs 180 manata dolanmaq olar. Bu sözlərdən sonra yenə də deyəsən sosial şəbəkələrdə yeddi arxa dönənini "tərifləyiblər." Utanmazcasına da deyir ki, söyülən söyüşlər geri qayıdır. Xeyr, bu söyüşlər qəzəbləndirdiyin xalqın sənə olan ürək sözləridir. Sən Allaha şükür elə ki, bu xalqın qəzəbi bundan artıq coşmayıb və sən onların əlinə düşməmisən. Yoxsa qəzəbli xalqın əlinə düşsəydin söyüşləri sifətinə yapışdırardılar.

Əslində Hadı Rəcəbli indi güya xalqa, dövlətə xidmət edən insan kimi özünü hiss edir. Amma bu cür deputatların yeri bəzi ölkələrdə zibil qablarıdır. Bir sıra ölkələrdə bu cür adamları görəndə aparıb küçələrdəki yekə zibil qapılarının içinə qoyurlar. Çünki bunlar xalqa xidmətlə məşğul olmaqdan daha çox hakimiyyətdə oturanlara yaltaqlanmaqla məşğuldur. Buna görə də hakimiyyət belə maşalara yüksək vəzifələr versə də xalqın nəzərində belələrin yerləri həmin zibil qablarıdır. Nəzərdə tutduğumuz dövlətlərdə belə deputatları zibilxanalara atanlar xalqın içində çıxan insanlardır.

Hadı Rəcəblinin söylədiyi söz barədə də bir neçə kəlmə yazmaq yaxşı olardı. Məlum olduğu kimi Hadı Rəcəbli kimi adamlar o qədər acgöz adamlardır ki, demək olar ki, nəinki özləri, ailələri, övladları, bəlkə nəvə nəticələri də başqa tərəfdən dövləti inək kimi sağmaqdadırlar. Adamın ailə biznesi internet saytlarında dərc edilir. Adam isə qəbul etmək istəmir. Gətirdiyi bəhanə də bundan ibarətdir ki, güya bu yazılanların heç bir əsası yoxdur. Necə olur ki, bütün məmurlar, acgöz deputatlar barədə nə yazırlar, bütün bunların heç bir əsası yoxdur? Amma nədənsə məmur, deputat vurulan kimi hamısının əsası meydana çıxır. Özü də hakimiyyətdə oturanlar birbaşa bilərəkdən bu insanların ailə bizneslərini üzə çıxarırlar. Məsələn, indiyədək metro Tağı özünü elə aparırdı ki, güya bu adam tam alnı açıq, üzü ağ adamdır, dövlət, xalq, vətən qarşısında heç bir "qrexi" yoxdur. Jurnalistin də üstünə elə çığırırdı ki, yəni mənim heç bir "qrexim" yoxdur, ona görə də jurnalist də məni qorxuda bilməz. Amma MTN işçisi olan Akif Çovdarov onu necə qorxutmuşdusa metrodakı hər dörd jetondan biri onun cibinə gedirdi. Başqa misal Abel Məhərrəmovdur. O da çirkin işlərin döndüyü deputatxanada Hadı kimi nəvə-nəticə sahibi olan adamdır. Güya bunun oğlu da İspaniyada səfirdir. Özlərini elə aparırdılar ki, güya bunlardan mələksiması yoxdur. Amma nə oldu? Məlum oldu ki, ailə biznesi var, çaxır, şampan ticarətiylə məşğul olurlar. İndi Hadı Rəcəblinin bunlardan heç bir fərqi yoxdur. Necə olur ki, bu cür çirkab adamların hakimiyyətdə olduğu bir dövrdə Hadı Rəcəbli lap 180 manata dolanır? Əslində adama söz deyən də yoxdur. Adam başını aşağı salıb öz işiylə məşğul olsa, camaata söz atmasa, dilini dinc saxlasa heç kimin onunla işi yoxdur. De gəl ki, mal buynuzlarını camaatın işinə soxmaqla "qarğa məndə qoz var" deyir, təbii olaraq sabahı günü ailə biznesini ifşa edən saytar da bu qozları onun başında sındırırlar.

Əsasa gəlincə, lap deyək ki, onun ailə biznesi yoxdur. Ailə biznesinin olduğunu deyənlər – özünün dediyi kimi – onun quyusunu qazmaq istəyənlərdirsə və bunların əsaslı dəlili yoxdursa heç Hadı Rəcəblinin də sözləri əsaslı deyil. Əlbəttə ki, o, özü haqqında "bəli mənim ailə biznesim var" deməyəcəkdi.

İkincisi əgər Hadı Rəcəblinin ailə biznesi həqiqətən yoxdursa, deyilənlər yalandırsa buyurub həmin mediya orqanlarını yalan məlumat dərc etdikləri üçün məhkəməyə versin. Özü də son müsahibəsində deyir ki, bu işi kimin etdiyini yaxşı bilir və o adam öz taleyi ilə oynayır. Amma onu ona görə məhkəməyə vermir, ümumiyyətlə bu işi ona görə qurdalamır ki, həmin adam köklü bir adama oxşayır. Yoxsa deputatın çirkli yollarla bu qədər biznesə sahib olmasını adi insanlar üzə çıxara bilməzdilər. O isə bu məsələni qurdalamaq istəmir ki, iş böyüməsin.


1510 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP