19 Fevral 2019

Xaricdə prezidentin demokrat olması təbii, Azərbaycanda isə Elşən Musayevin ŞƏRƏF məsələsiymiş?

Elşən Musayev kimi gözəgirən dardüşüncəlilərin dünyasında əzilmiş, tapdanmış xalq prezidentdən demokratiya gördümü sevinməli, papağını göyə tullamalıdır
Prezident Siyavuş Novruzova "şöhrət" ordeni, Zahid Oruca da yeni vəzifə verəndən sonra Elşən Musayev gözəgirənliyin "dozasını" bir az da artırıb. Siyavuşa təqdim edilən ordenin adı "şöhrət" ordeni olduğu üçün Elşən də qalıb nə mövzudan yazsın, İlham Əliyevin gözünə necə girsin götürüb ŞƏRƏF məsələsindən yazıb. Eyniylə mahnıda deyildiyi kimi: şərəfim-şöhrətim, şanım, doğma Azərbaycanım.

Şərəf-şöhrət sözləri elə qədimdən bizdə iki əkiz qardaş kimi qələmə verilib. Bu babətdən də Elşən Musayev iddia edir ki, İlham Əliyevi qorumaq, sevmək, nə bilim gözəgirənlik eləmək vətənini, millətini sevən insan üçün ŞƏRƏF məsələsidir. Bu cür düşünən gözəgirənləri eşidəndə adam Avropada oturub İlham Əliyevi söyən insanları bir daha qınamaq istəyir. Nə əcəb onlar Elşən Musayevə diplom verən, deputatxanaya buraxan insanları da ara bir söymürlər.

Deməli bu gözəgirənin düşüncəsinə baxın. Xarici ölkələrdə əgər prezident demokrat olmasa dalından bir təpik vurub atırlar bayıra. Amma demokrat olsa bu normal, təbii qarşılanır. Azərbaycanda isə daha dəqiq sən demə Elşən Musayev kimi gözəgirənlərin dünyasında prezident demokrat olsa onu sevmək hər bir milləti sevən üçün şərəf olmalıdır. Hansı ki elə işin orjinalı, təbiisi, dəqiqi, gözəli budur ki, prezident demokrat olsun, bu mənada ki, xalqın, insanların hüquqlarına riayət etsin. Bir şey təbiidirsə daha bundan ötrü niyə onu sevmək ŞƏRƏF sayılmalıdır ki? Bəli, ancaq Elşən Musayev kimi gözəgirən dardüşüncəlilərin dünyasında əzilmiş, tapdanmış xalq prezidentdən demokratiya gördümü sevinməli, papağını göyə tullamalıdır. Əslində Elşən Musayev gözəgirəönlik etmək istəyib, amma səhv yerdən girib mövzuya. İstəyib şaha həsr etdi öz "çərənləmənaməsində" İlham Əliyevi dağ başına qoysun, amma səhv danışıb.

Götürüb 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsindən sonrakı seçkilərdə demokratiya iyiverəcək bir neçə əməli öyə-öyə yazıb. Özü də yazanda "biz" yazıb. Həmin illərdə hansı cəhənnəmdə süləndiyi bəlli olmayan bu adam elə yazır ki, güya bu o vaxtlar İlham Əliyev adminstrasiyasının rəhbəri zadı vəzifəsində çalışırdı.

Amma ŞƏRƏFin nə olduğu bilmirsə, burada qısaca yazaq; bir insan üçün, millətini, vətənini, xalqını sevən vətəndaş üçün ŞƏRƏF odur ki, layiqincə vətənini qorusun, insan haqlarına riayət etsin. İnsanları sevsin. Ən əsas Allahı sevsin, Allah üçün yaşasın. Elşən Musayev kimi gözəgirənlikdən, yaltaqlıqdan, yalaqlıqdan əl çəksin. Bir deputat üçün ŞƏRƏFli olan gözəgirənlik deyil, yazılarında dövlət başçısını tərifləmək deyil, seçicilərindən yazmaqdır. Bax, adamın əlində özü kimi gözəgirənlikləri çap edən qəzetlər, saytlar var. Tappatarap yazır, pozur, düzəldir, korrektə edir, sayta göndərir. Nə olar ki, bu imkanlardan istifadə edib bir dəfə seçicilərlə görüşə getsin, ordan foto çəksin, onlara yardım etsin. Onların dərdlərindən yazsın. Bir nümunə deyim; Sərdar Cəlaloğlu son prezident seçkilərində gözəl bilirdi ki, bir şey edə bilməyəcək. Çünki bütün demorkatik institutların məhv edildiyi, müxalifətin bazasının olmadığı, haqqın tapdandığı, səslərin oğurlandığı, saxtakarlığın açıq-aydın edildiyi bir ölkədə təbiidir ki, o, prezident ola bilməyəcəkdi. Amma neçə günlük efir saatından istifadə edib kənbəkənd, obabəoba gəzdiyi yerlərin camaatıyla görüşdü, imkan daxilində, vaxt imkan verdiyi qədəriylə onların ad və soyadlarına qədər yazıb efirdə dedi, dövlətin diqqətinə çatdırdı. Elşən Musayev də gic-gic yazılar yazmaq, səfeh fikirlərini cəmiyyətə virus kimi yaymaq əvəzinə bu cür işlərlə məşğul olsun. Bilirəm e, məlumdur ki, o cür eləsə gələn dəfə deputatxanadan iti qovan kimi qovacaqlar. O, ora təyin edilib ki, ancaq gözəgirənliklə məşğul olsun. Amma adamda həya abır da yaxşı şeydir axı.


1542 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP